BAKI, 11 noyabr. TELEQRAF
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2025-ci ilin müvafiq dövrünə nisbətən 1,7% artıb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 115 milyard 930,5 milyon manatlıq və ya əvvəlki illə müqayisədə 1,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Neft-qaz sektorunda ÜDM-in həcmi 35 milyard 229,1 milyon manat, qeyri neft-qaz sektorunda isə 80 milyard 701,4 milyon manat olub. 2026-cı ilin yanvar - oktyabr aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən neft-qaz sektorunda 0,9% azalma, qeyri neft-qaz sektorunda isə 2,9% artım olub.