SUMQAYIT, 11 noyabr. TELEQRAF

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə müşahidə kamerası dirəyinə çırpılıb, daha sonra isə aşıb.

Qəza nəticəsində avtomobilə və yol kənarında quraşdırılmış müşahidə kamerasına ciddi ziyan dəyib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.