BAKI, 11 noyabr. TELEQRAF

Dekabrın 18-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı əsasında “Üzgüçülük hamı üçün” yarışına start veriləcək.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, yarış 14 yaş kateqoriyası üzrə (10-11, 12-13, 14-15, 16-17, 18-20, 21-25, 26-30, 31-35, 36-40, 41-45, 46-50, 51-55, 56-60, 61 və yuxarı yaşlar) üzrə keçiriləcək.

Hər yaş kateqoriyasında ölkə üzrə birinci və ikinci yerləri tutan üzgüçülər türkdilli dövlətlər arasında təşkil olunacaq “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə vəsiqə qazanacaqlar.

Yarışlar saat 10:00-da respublikamızda fəaliyyət göstərən üzgüçülük hovuzlarında keçiriləcək.