GƏNCƏ, 6 mart. TELEQRAF
Gəncədə son iki ayda 380 nəfər it dişləməsi ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanasına müraciət edib.
Bu barədə Teleqraf-ın Qərb bürosuna TibbiTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi mətbuat xidmətindən məlumat verilib. Həmin şəxslərə tibbi yardım göstərilib.
Müraciət edən şəxslər müxtəlif yaş həddində olan sakinlərdir.
Məlumat üçün bildirək ki, son aylarda Gəncə şəhərində sahibsiz itlərin sakinlərə hücum etməsi halları artıb.