BİLASUVAR, 14 noyabr. TELEQRAF

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazidə baş verib.

Məlumata görə, İbrahim Abdullazadənin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə 1995-ci il təvəllüdlü Rəhimli Rahil Adil oğlunun idarə etdiyi moped toqquşub.

Qəza nəticəsində mopedin sürücüsü və onun sərnişini – həmyaşıdı Abdallı Fərid Fizuli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar dərhal rayon xəstəxanasına çatdırılıb, müayinə ediliblər və onlara zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.