BAKI, 22 sentyabr. TELEQRAF
ABŞ-nin növbəti hərbi kontingenti Litvaya yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda bildirib.
"Yeni Amerika hərbi kontingenti Litvaya yola düşüb. Biz təkcə Litvanın deyil, bütün regionun təhlükəsizliyi üçün vacib olan qərara görə ABŞ Prezidenti Donald Trampa və administrasiyasına minnətdarıq", - G.Nauseda qeyd edib.