BAKI, 22 sentyabr. TELEQRAF

Rəhim Həsənov Azərbaycan Premyer Liqasının VI turunda keçirilən oyunlarla bağlı şərh verib.

Teleqraf xəbər verir ki, AFFA-nın mətbuat xidmətinə istinadən, o, “Qəbələ” – “Neftçi” oyununda baş hakim Cavid Cəlilovun qərarının yanlış olduğunu bildirib.

Belə ki, 65-ci dəqiqədə “ağ-qaralar”ın futbolçusu Alen Şkribek meydan sahiblərinin oyunçusu Natan Monzanqoya ayağı ilə zərbə vuraraq onun sağlamlığını ciddi şəkildə riskə atıb. Bu epizod ciddi qayda pozuntusu kimi qiymətləndirilməli və Şkribek qırmızı vərəqə ilə cəzalandırılmalı idi. Cavid Cəlilov isə futbolçuya sarı vərəqə göstərməklə kifayətlənib.

Ətraflı videoda: