BAKI, 22 sentyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin və türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədov arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı V.Putin türkmən həmkarını doğum günü münasibətilə təbrik edib. Liderlər strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq duyduqlarını ifadə ediblər.
Tərəflər oktyabrın əvvəlində Türkmənistanın sədrliyi ilə keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasına hazırlıq məsələləri də müzakirə ediblər.
S.Berdiməhəmmədov öz növbəsində V.Putini Rusiya Dumasının seçkilərinin uğurla keçməsi münasibətilə təbrik edib.