BAKI, 22 sentyabr. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İran ərazisində yerləşən Astara Terminalında 2026-cı ilin yanvar-avqust ayları ərzində 537 min tondan çox yük aşırılıb.

Bu barədə Teleqraf-a ADY-dən məlumat verilib.

Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə (415 min ton) müqayisədə təqribən 30 faiz çoxdur.

Cari ilin avqust ayı üzrə müvafiq göstərici isə 2025-ci ilin avqust ayı ilə (51 min ton) müqayisədə 50 faiz artaraq 76 min ton təşkil edib