BAKI, 22 sentyabr. TELEQRAF
"Ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Daxili tələbat bundan qat-qat aşağıdır. Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq".
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə bildirib.
Dövlət başçısı ölkənin enerji təhlükəsizliyi sahəsində əldə olunan nailiyyətləri vurğulayıb:
"Bizə çoxlu müraciətlər daxil olur və biz təbii ki, imkan daxilində kömək göstəririk. Tərəfdaşlar görürlər ki, Azərbaycan son illər nə qədər güclənib və bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib".