BAKI, 22 sentyabr. TELEQRAF
İspaniya təmsilçisi “Real Madrid" futbolçusu Federiko Valverdenin zədəsi ilə bağlı yeni məlumat yayıb.
Teleqraf xəbər verir ki, tibbi müayinədən sonra uruqvaylı yarımmüdafiəçinin sol topuğunun bağlarında üçüncü dərəcəli dartılma aşkarlanıb.
Onun yaşıl meydanlara qayıdacağı tarix dəqiq bilinmir.
Qeyd edək ki, Velverde La Liqanın VII turunda “Atletiko” ilə matçda (1:2) rəqib hücumçusu Li Kanq-in tərəfindən topuğundan zədələnib.