BAKI, 22 sentyabr. TELEQRAF

Milli Məclis işğaldan azad edilmiş ərazilərdə gənclər və idman sahəsində maarifləndirmə tədbirləri keçirəcək.

Teleqraf xəbər verir ki, bununla bağlı Milli Məclisin Gənclər və idman komitəsinin 2026-cı il payız sessiyası üzrə iş planına məsələ daxil edilib.