BAKI, 22 sentyabr. TELEQRAF

"Ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız 'Azəri-Çıraq-Günəşli' artıq 30 ilə yaxındır istismardadır".

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə bildirib.

Prezident qeyri-neft sektorunun inkişafının daha vacib göstərici olduğunu qeyd edib:

"Ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi neft hasilatıdır. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da son 8 ayda 5,4 faiz artım olmuşdur".