KƏLBƏCƏR, 15 iyul. TELEQRAF
Kəlbəcər rayonunda polis əməkdaşlarının “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, ümumi çəkisi 3 ton 150 kq olan 3500 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.
