MİNGƏÇEVİR, 8 iyul. TELEQRAF

Mingəçevirin Günəşli yaşayış massivi ərazisinin qaz təchizatında fasilə yaranıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, təmirlə əlaqədar 1400 abonentin qaz təchizatı dayandırılıb.

Müvəqqəti fasiləyə səbəb yerüstü və yeraltı orta təzyiqli daşıyıcı qaz kəmərlərində təmirin aparılmasıdır.

Təmir işləri yekunlaşdıqdan sonra təchizat bərpa ediləcək.