BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda bitki və heyvanların genetik ehtiyatlarının qorunması və səmərəli idarə olunması ilə bağlı tədbirlərin gücləndirilməsi təklif olunur. Qanun layihəsinə əsasən, aqrar sahə üzrə milli genetik ehtiyatların qorunması dövlətin əsas vəzifələrindən biri olacaq.
Teleqraf xəbər verir ki bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Elmi tədqiqatların istiqamətləri sırasında yerli bitki sortları və heyvan cinslərinin nümunələrinin müəyyən edilməsi və qorunması, mədəni bitkilərin genetik ehtiyatlarının pasportlaşdırılması və mühafizəsi də yer alır.
Heyvandarlıq üzrə isə yerli cinslərin genetik ehtiyatlarının müvafiq genbanklarda qorunub saxlanılması nəzərdə tutulur.