BAKI, 21 sentyabr. TELEQRAF

Milli Məclis bir sıra mövzularda monitorinq, arayış, icmal və təkliflər hazırlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə parlamentin İnsan hüquqları komitəsinin 2026-cı il payız sessiyası üzrə iş planına məsələ daxil edilib.

Sessiyanın iş planına:

- Regionlarda insan hüquqları, ərazi bərabərliyi və dövlət xidmətlərinə çıxış imkanlarının vəziyyəti haqqında regional monitorinq və analitik arayışın hazırlanması

- “İctimai yerlərdə audio və video çəkiliş hüququ, şəxsi həyatın toxunulmazlığı və məlumatların qorunması arasında hüquqi balans” mövzusunda müqayisəli hüquqi icmalın hazırlanması

- İnzibati orqanların və inzibati məhkəmələrin qərarlarının icra vəziyyətinin öyrənilməsi ilə bağlı hüquqi monitorinq və qanunvericilik təkliflərinin hazırlanması

- Əlilliyi olan şəxslərin dövlət və özəl xidmətlərə çıxışında fiziki və rəqəmsal əlçatanlıq” mövzusunda monitorinq hesabatı və siyasət tövsiyələrinin hazırlanması

- Veteranların, müharibə iştirakçılarının və şəhid ailələrinin sosial və hüquqi təminatlarının beynəlxalq təcrübə ilə müqayisəsi əsasında müqayisəli siyasət sənədinin hazırlanması

- “Demoqrafik dəyişikliklər və uzunmüddətli sosial qayğı siyasəti” mövzusunda beynəlxalq təcrübə icmalının hazırlanması

- Azad edilmiş ərazilərdə insan hüquqlarının təmin olunması: qayıdış, mülkiyyət, xidmətlərə çıxış və inklüziv məskunlaşma” mövzusunda monitorinq və siyasət tövsiyələrinin hazırlanması məsələləri daxil edilib.