BAKI, 18 sentyabr. TELEQRAF
“Hər bir qiymətli kağızın öhdəliyi var, orada nəzərdə tutulan öhdəlik mövcuddur. Həmin öhdəlik icra edildikdə qiymətli kağız üzrə öhdəlik də başa çatmış olur”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.
O vurğulayıb ki, fermerlərə məhsul şəhadətnaməsi müddətli verilir:
“İstənilən şəxs qiymətli kağızı buraxa bilər, istənilən şəxs də ala bilər. Dolayısıyla, bundan istifadə etmək qərarını verəcək tərəf həmin iştirakçının özü olacaq.
Təbii ki, prosesdə bu kimi sahələrdə tətbiq imkanları açıq olduğu üçün proseslərin necə qarşılanacağı, necə tətbiq olunacağı zamanla məlum olacaq”.