BAKI, 18 sentyabr. TELEQRAF
“İstehsal dövrünə başlamamışdan əvvəl topdan gübrəyə, digər məhsul resurslarına və vəsaitə ehtiyac yaranır. Layihə bu ehtiyacı ödəmək üçün yeni maliyyə alətini – qiymətli kağızı, işləyən təsərrüfatlar arasında istifadə olunan maliyyə aləti olan məhsul şəhadətnaməsini gətirir”.
Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
“Məhsul şəhadətnaməsi yeni maliyyə alətidir. Rusiya, Ukrayna, Qazaxıstan və Braziliyanın bu sahədə təcrübələri araşdırılıb. İstehsalın həm dəstəklənməsi, həm də ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində bir addım kimi məhsul şəhadətnaməsi layihəsi qəbul edilib.
Məhsul şəhadətnaməsi borclunun məhsulun istehsalı və ya dövriyyəsi niyyəti ilə elektron qaydada buraxılır. Öhdəliyin icrasını təmin edən təminatlı qiymətli kağızdır”,- vurğulayıb.