BAKI, 16 sentyabr. TELEQRAF

"Təəssüf ki, bu gün texniki, riyazi elmləri dərindən bilən gənclər hərb sənətinə getmirlər. Hesab edirəm ki, bu sənətin ağırlığını hamı bilir. Onlar hər zaman öz həyatlarını vətən, dövlət üçün qurban verməyə hazırdırlar".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deyib.

O bildirib ki, müasir hərb sənəti ciddi riyazi hesablamalar, kompüter bilikləri deməkdir: "Bizim istedadlı gənclər təəssüf ki, bu sahəyə getmirlər. Bununla bağlı hətta dinləmə keçirə bilərik. Bunun yeganə yolu odur ki, onlara ciddi imtiyzalar müəyyən olunmalıdır. Sovet dövründə istedadlı uşaqlar hərbiyə ona görə gedirdilər ki, ali hərbi məktəbi bitirən kimi hara göndərilsə, onlara ev veriləcək".