BAKI, 14 iyul. TELEQRAF
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Teleqraf xəbər verir ki, parlamentin bu gün 2026-cı il növbədənkənar yaz sessiyası üzrə sonuncu iclası keçirilib.
Dövlət himninin səslənməsi ilə növbədənkənar sessiya bağlı elan edilib.
Xatırladaq ki, Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Növbədənkənar sessiya çağırıldıqda isə Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır.
Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılır.