BAKI, 4 iyun. TELEQRAF
Azərbaycanda sürücüsüz avtomobillərin test edilməsi üçün şərait yaradılacaq.
Azərbaycanda avtonom (sürücüsüz) nəqliyyat vasitələrinin test edilməsi üçün şərait yaradılacaq.
Teleqraf xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Nazir müavini qeyd edib ki, avtonom nəqliyyat vasitələri ilə bağlı məsuliyyət məsələləri ilə bağlı qanunvericiliyə dəyişikliklər növbəti mərhələdə hazırlanacaq.