BAKI, 4 iyun. TELEQRAF

Hesablama Palatası öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları həyata keçirəcək.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Beləliklə, kənar dövlət maliyyə nəzarəti obyektlərindən dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatları, habelə maliyyə, mühasibat, vergi və statistik uçotu hesabatlarını və zəruri sənədləri kağız (və ya) elektron formada, həmçinin bu Qanunun 8.0.15-1-ci maddəsində göstərilən informasiya sistemi vasitəsilə alır, kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində onların elektron informasiya sistemlərinə daxil olacaq.