BAKI, 4 iyun. TELEQRAF

“Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gümn keçirilən iclasında müzakirəyə çıxarılıb.

Beləliklə, Naxçıvan Muxtar Respublikasının büdcəsinin tərtibi, təsdiqi, icrası və icrasına nəzarət məsələsi bu cür həyata keçiriləcək.

Əvvəlki qaydalardan fərli olaraq “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara dair rəy verəcək.

Bununla da qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunacaq:

- dövlət vəsaiti - dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, büdcədən-kənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaiti hesab ediləcək.