BAKI, 27 aprel. TELEQRAF
Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının sədri seçilib.
Teleqraf xəbər verir ki, Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova və Mikayıl Rəhimov isə katib seçiliblər.
Xatırladaq ki, bu gün Milli Məclisdə qəbul edilən qərar layihəsinə əsasən, MSK üzvləri seçilərək təsdiqlənib.
Seçki Məcəlləsinə əsasən, 5 ildən bir MSK yeni tərkibi müəyyən olunur və daha sonra üzvlər öz arasında sədri, müavini və katibləri seçirlər.
***
16:11
Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir.
Teleqraf xəbər verir ki, iclasın gündəliyinə əsasən, MSK sədri, onun müavini və katibləri seçiləcək.
MSK-nın iclasında Milli Məclisin sədri Sahibə Qafarova iştirak edir. O, iclası açaraq bildirib ki, bu böyük şərəfli və məsuliyyətli məsələdir. Daha sonra Milli Məclisin sədri MSK üzvlərini təbrik edib.
"MSK-nın strukturu effektiv işləyir. Sıralarınızda cavan kadrları görürəm. Gələcəkdə də şəffaflıq və obyektivliklə fəaliyyətinizin davam edəcəyini düşünürəm",- Sahibə qafarova qeyd edib.
Xatırladaq ki, Milli Məclisdə bu gün qəbul edilən qərar layihəsinə əsasən, MSK üzvləri aşağıdakılar müəyyənləşib:
Əsas üzvlər:
Abdullayeva Sevinc Qurban qızı,
Cavadov Fuad Musa oğlu,
Əsgərov Bəxşeyiş Məmməd oğlu,
Əsgərova Nailə Şahmərdan qızı,
Həsənov Tofiq Eldar oğlu,
Xələfov Elçin Abuzər oğlu,
İbrahimov Ramiz Hilal oğlu,
Qasımov Rövzət Afət oğlu,
Qəhramanlı Almas Əlisultan qızı,
Quliyev Etibar Cəfər oğlu,
Məmmədov Elmar Eldar oğlu,
Məmmədov İlham Sabir oğlu,
Muxtarova Arifə Ağaverdi qızı,
Orucov Qabil Əhməd oğlu,
Paşayev Hüseyn Məmməd oğlu,
Pənahov Məzahir Məhəmməd oğlu,
Rəhimov Mikayıl Rəhman oğlu,
Şahbazov İlkin Zaur oğlu.
Əvəzedici üzvlər:
Cəlilova Aysel Zaur qızı,
Qarayeva Züriyə Ruslan qızı,
Mustafayeva Elnarə Eyyub qızı.