BAKI, 27 aprel. TELEQRAF

Milli Məclis MSK üzvlərini seçdi.

Teleqraf xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi müəyyən edilib.

Qanunvericiliyə əsasən, Azərbaycanda bütün seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.

MSK-nın tərkibi 2021-ci il aprelin 27-də Milli Məclisin plenar iclasında təsdiq edilmişdi.

****

11:07

MSK-nın yeni üzvlərinin adları açıqlandı.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin təyin edilməsi ilə bağlı məsələ bu gün Milli Məclisin plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən, MSK-nın üzvlüyünə Sevinc Abdullayeva, Fuad Cavadov, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Elçin Xələfov, Ramiz İbrahimov, Rövzət Qasımov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Elmar Məmmədov, İlham Məmmədov, Arifə Muxtarova, Qabil Orucov, Hüseyn Paşayev, Məzahir Pənahov, Mikayıl Rəhimov və İlkin Şahbazovun təyin edilib.

Bununla yanaşı, Aysel Cəlilova, Züriyə Qarayeva və Elnarə Mustafayeva isə komissiyanın əvəzedici üzvləri kimi irəli sürülüb.

***

11:04

Milli Məclisdə MSK üzvlərinin seçilməsi ilə bağlı məsələ müzakirə edilir.

Teleqraf xəbər verir ki, Milli Məclisin bugünkü iclasında Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin 1-ci məsələsi kimi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında qərar layihəsi müzakirə olunur.

O qeyd edib ki, Mərkəzi Seçki Komissiyası üzvlərinin səlahiyyət müddəti başa çatıb: "“Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin birinci hissəsinə əlavələr edilməsi haqqında” Konstitusiya Qanununa əsasən Milli Məclis komissiyanın yeni tərkibini formalaşdırmalıdır.

Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının 18 üzvünün namizədlikləri aşağıdakı qaydada təqdim edilməlidir:
6 nəfərin namizədlikləri Milli Məclisdə çoxluq təşkil edən siyasi partiya tərəfindən;
6 nəfərin namizədlikləri heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar tərəfindən;
6 nəfərin namizədlikləri isə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar tərəfindən.

Bununla birlikdə, Seçki Məcəlləsinə görə, Mərkəzi Seçki Komissiyasının 3 nəfər əvəzedici üzvünün namizədlikləri də eyni qaydada Milli Məclisə təqdim edilməlidir".

Spiker qeyd edib ki, artıq bütün lazımi prosedurlar icra olunmuş və namizədlər müəyyən edilib: "Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların yığıncağının qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün, habelə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları – Vətəndaş Həmrəyliyi Partiyasını, Ədalət, Hüquq, Demokratiya Partiyasını, Azərbaycan Demokratik İslahatlar Partiyasını, Böyük Quruluş Partiyasını, Azərbaycan Demokratik Maarifçilik Partiyasını, Milli Cəbhə Partiyasını, Böyük Azərbaycan Partiyasını, Azərbaycan Milli İstiqlal Partiyasını, Ana Vətən Partiyasını, Respublikaçı Alternativ Partiyasını Milli Məclisdə təmsil edən deputatların yığıncağının qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün namizədlikləri Milli Məclisə təqdim edilib.

Mərkəzi Seçki Komissiyasının üzvlüyünə hörmətli namizədlər buradadırlar.

Onu da qeyd edim ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların təqdim etdiyi namizədlərdən biri Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə, digər bir namizəd isə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə razılaşdırılmıb".

***

11:00

Milli Məclisin bugünkü iclasında Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf xəbər verir ki, deputatlar MSK üzvlərinin seçilməsi ilə bağlı məsələyə münasibət bildirəcək.