BAKI, 14 aprel. TELEQRAF
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ-nin) 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə gedib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a bildirilib ki, səfər çərçivəsində Sahibə Qafarovanın tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.