BAKI, 11 oktyabr. TELEQRAF
Bakıda "Sabah" və "Slaviya" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II tur oyununun hakimləri bəlli olub.
Teleqraf xəbər verir ki, qarşılaşmanın baş hakimi Avstriya Futbol Federasiyasından Sebastyan Qishamer olacaq.
Ona yan xətt hakimləri Roland Ridel və Santino Şrayner kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi Alan Kijas, AVAR hakimi isə Yozef Spurni olacaq.
Qeyd edək ki, "Sabah" - "Slaviya" matçı oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.