BAKI, 13 aprel. TELEQRAF
"Elə sahələr var ki, qabaqlayıcı tədbirlər görülməyəndə bir müddətdən sonra da orada olan yeyintilər 100 milyon manata çatır. Bir az zaman keçəndə milyardlarla ölçülən yeyintilərə gətirib çıxarır".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
O qeyd edib ki, bu sahədə daxili auditin rolunun artırılması onun həm obyektivliyi baxımdan, həm də orda olan çatışmazlıqların aradan qaldırılması baxımdan müsbət təsir göstərər.