BAKI, 9 aprel. TELEQRAF
Azərbaycan və Türkiyə arasında əlaqələr genişlənir, inkişaf edir, çox qürurverici səviyyədədir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimalı Kipr parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 3-cü iclasında deyib.
O qeyd edib ki, bütün sahələrdə ölkələrimiz arasında sıx və möhkəm dostluq əlaqələri var: “Bu əlaqələrin genişlənməsində ölkə liderləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın böyük rolu var. Biz həm çətin, həm də xoş günlərdə bir birimizin yanında olmuşuq. 44 günlük Vətən müharibəsində Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstəyi xalqımızın yaddaşına həkk olunub”.
Ə.Əmiraslanov vurğulayıb ki, Azərbaycan ilə Şimali Kipr arasında da möhkəm əlaqələr qurulub və daim inkişaf edir.