BAKI, 11 oktyabr. TELEQRAF

Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda evakuator və sərnişin avtobusunun toqquşması nəticəsində 11 nəfər həlak olub, 27 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, hadisə Gebze-Orhangazi-İzmir avtomobil yolunun Akhisar keçid məntəqəsi yaxınlığında qeydə alınıb.
Bursadan İzmir istiqamətində hərəkətdə olan tur avtobusu evakuatorla toqquşub.

Əraziyə çoxlu sayda təcili tibbi yardım, yanğınsöndürən və polis əməkdaşları cəlb olunub, xilasetmə işləri həyata keçirilib.

Qəza nəticəsində yaralanan 27 şəxs xəstəxanalara təxliyə edilib.