BAKI, 3 aprel. TELEQRAF
Terror təşkilatı haqqında hüquq-mühafizə orqanlarına xəbər verən şəxslər cinayət məsuliyyətinə cəlb edilməyəcək.
Teleqraf xəbər verir ki, bu Cinayət Məcəlləsinə və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanuna bir sıra edilməsi nəzərdə tutulan mühüm dəyişikliklərdə yer alıb.
Maddənin "Qeyd" hissəsində nəzərdə tutulur ki, terror təşkilatına üzv olan və ya onun fəaliyyətində iştirak edən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.