BAKI, 1 aprel. TELEQRAF
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova aprelin 2-də Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Millət vəkili orada Türkiyə Ailə Hüququ Akademiyası tərəfindən keçiriləcək 2-ci beynəlxalq Ailə, qadın və uşaq hüquqları konfransında iştirak edəcək. Deputatımızın konfransda çıxışı nəzərdə tutulub.
Səfər aprelin 4-də başa çatacaq.