BAKI, 18 mart. TELEQRAF

"Attestasiyadan keçməyən müəllimlər bura şikayətə gəlmişdilər. Biz burda millət vəkilləri olaraq insanları qəbul edir, onları dinləyirik. Lakin mən musiqiçi olaraq onlara sual verəndə görünürdü ki, attestasiya düzgün nəticələr verir. Bu attestasiya 5-7 ildən bir keçirilməlidir. Orta təhsil hamıda olmalıdır, bu bəllidir. Amma mədəniyyətlə bağlı olanda, insanlıqdan başqa, istedad da olmalıdır. İstedad hər uşaqda olmur".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində keçirilən "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə çıxışı zamanı parlamentin Mədəniyyət komitəsinin sədri, deputat Polad Bülbüloğlu deyib.

O qeyd edib ki, Azərbaycandan xaricə xüsusi təhsil almaq üçün gəncləri göndəririk, 3-5 ildən sonra yaxşı mütəxəssis ola biləcək uşaqları bizim rayonlardan da Bakıya oxumağa göndərməlidirlər.