BAKI, 18 mart. TELEQRAF
Milli Məclisin Elm və təhsil komitəsinin təşkilatçılığı ilə parlamentin inzibati binasında ictimai dinləmə keçirilir.
Teleqraf xəbər verir ki, ictimai dinləmənin mövzusu "İncəsənət məktəbinin mövcud vəziyyəti və inkişaf perspektivləri"nə həsr olunub.
Deputatlar və ictimaiyyət nümayəndələri bu mövzu ətrafında fikir mübadiləsi aparır.