BAKI, 27 may. TELEQRAF
UFAZ və Türkiyə–Azərbaycan Universiteti üçün istifadə olunan vəsaitin miqdarı bəlli olub.
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd olunub ki, "Ali təhsil” köməkçi bölməsi üzrə ayrılmış 32,4 milyon manat vəsait hesabına 2 ali təhsil (Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ) və Türkiyə–Azərbaycan Universiteti) müəssisəsinin saxlanması və fəaliyyəti ilə bağlı xərclərin, yaradıcılıq profilli ali təhsil müəssisələrinə maliyyə yardımı, ali təhsil müəssisələrində təhsil qrantları, yeni məzmunlu təhsil proqramlarının tətbiqi və digər xərclərin ödənilməsi təmin edilib.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.