BAKI, 23 may. TELEQRAF
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.
Teleqraf xəbər verir ki, qanunverici orqanın Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır.
Növbədənkənar sessiyalar dövründə Milli Məclisin plenar iclasları, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-də bitir.