BAKI, 23 may. TELEQRAF

"Ölkəmizin gələcəyini təhdid edən əsas məsələlərdən biri də narkomaniyadır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü iclasında deyib.

O bildirib ki, ötən gün Yasamalda kamera çəkilişi ilə narkotik satışının qarşısı alındı:

"Narkotik satışını edən insanların həbsinin də tərəfdarı deyiləm, onlar müalicə olunmalıdır. Bu sistemin çökdürülməsi üçün kameralar quraşdırılmalıdır. Xüsusilə məktəblərin yanında bu olmalıdır. Ölkəmizin gələcəyini təhdid edən əsas məsələlərdən biri də narkomaniyadır. Qonşu ölkədən bizə bu bəla aşılanır. Düşünürəm ki, vətəndaşlar da bu məsələdə müvafiq qurumlara dəstək olmalıdır".