.png)
MİNGƏÇEVİR, 13 aprel. TELEQRAF
Mingəçevir Rəsm Qalereyasında 44 günlük Vətən Müharibəsi şəhidinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, könüllü olaraq Zəfər yürüşü döyüşlərində iştirak etmiş və 24 yaşında Daşaltı istiqamətində şəhid olmuş mingəçevirli döyüşçü Fuad Şöhrət oğlu Xankişiyevin xatirəsinə həsr olunan sərgidə 60-dan çox sənət əsəri nümayiş etdirilib.
Şəhidin ölümündən sonra ilk dəfə təşkil olunan yaradıcılıq sərgisinin açılış mərasimində rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
Şəhidin anası Saqibət Xankişiyeva bildirib ki, oğlunun 100-dən çox əl işi mövcuddur.
Qeyd edək ki, sərgi bir ay ərzində açıq olacaq və maraqlanan şəxslər Rəsm Qalereyasına gələrək şəhid döyüşçünün yaradıcılığı ilə yaxından tanış ola bilərlər.