BAKI, 11 iyun. TELEQRAF

Mingəçevir Dövlət Dram Teatrında Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş və süni intellektlə hazırlanmış filmin təqdimatı keçirilib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, tədbirdə rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, qəhrəmanın doğmaları iştirak edib.

Təqdimat zamanı səslənən çıxışlarda vurğulanıb ki, Natiq Qasımov uşaqlıqdan kino həvəskarı olub, hətta vaxtilə qısa müddət ərzində kinomexanik vəzifəsində çalışıb.

"Düşmənə qarşı tək" adlanan filmin ssenari müəllifi Fariz Əliyevdir. "SOY" prodakşının istehsalı olan 25 dəqiqəlik film süni intellekt mütəxəssisləri Sarvan Hüseyn və Nəzrin Məmmədli tərəfindən hazırlanıb.

Film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.