MİNGƏÇEVİR, 12 mart. TELEQRAF
Mingəçevirdə mənzildə meyit aşkarlanıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə şəhərin N.Nərimanov küçəsində qeydə alınıb.
Binadakı mənzillərdən birində 1963-ci il təvəllüdlü şəhər sakini Rayət Göyüşovanın yaşadığı ünvanda meyiti aşkarlanıb.
İlkin müayinə zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri müəyyən olunmayıb.
Hadisənin baş vermə səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.