MİNGƏÇEVİR, 21 avqust. TELEQRAF
Mingəçevir şəhərinin Naxçıvan küçəsində yol qəzası baş verib.
Teleqaf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, "Vaz-2107" markalı avtomobil "Ford" markalı kiçiktutumlu yük maşını ilə toqquşub.
Qəza zamanı "Vaz-2017"nin 48 yaşlı sürücüsü Sadiq Musatafayev xəsarət alıb. O, avtomobildən çıxarılaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.