BAKI, 8 avqust. TELEQRAF
Ağdaşda yol qəza hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə səhər saatlarında rayon mərkəzində baş verib.
İdarəetmədən çıxan "Opel" markalı avtomobil su kanalına aşıb.
Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan yaralılar - 1991-ci il təvəllüdlü İlkin Abdullayev və 1988-cu il təvəllüdü Anar Həsənov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.