AĞDAŞ, 22 yanvar. TELEQRAF
Ağdaşda 58 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Ağdaşın Ləki qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.
"BMV" və "VAZ 2107" markalı avtomobillərin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 1968-ci il təvəllüdlü Hüseynov Fəzail Baxış oğlu xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.