MİNGƏÇEVİR, 31 avqust. BAKI
Mingəçevirdə yol qəzası olub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Samux küçəsində baş verib.
"Mersedes" və "Hunday" markalı avtomobillərin toqquşması zamanı maşınlardan biri işıq dirəyinə çırpılaraq, onu yerə aşırıb.
Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sərnişin - Bayramov Şaiq Ramiz oğlu (1959) xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.