MİNGƏÇEVİR, 4 mart. TELEQRAF

Bu gün saat 14:40 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2007-ci il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Ağır travmatik şok, sol said sümüklərinin açıq sınığı, dalağın cırılması, daxili qanama diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağırdır.

***

15:25

Mingəçevirdə gənc qız binanın beşinci mərtəbəsindən yıxılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində baş verib.

2007-ci il təvəllüdlü Əkbərova Nailə Faiq qızı yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq yerə çırpılıb.

Məlumata əsasən, Nailə Əkbərova Mingəçevir Tibb Kollecinin tələbəsi olub və daha üç tələbə qızla birlikdə kirayə mənzildə yaşayırmış.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.