MİNGƏÇEVİR, 27 sentyabr. TELEQRAF

Mingəçevirdə 27 sentyabr - Anım Günü xüsusi tədbirlərlə qeyd olunub.

Teleqraf-ın Mərkəzi bürosu xəbər verir ki, səhər saatlardan etibarən Şəhidlər Xiyabanı Xatirə Komplesinə kütləvi axın müşahidə olunur.

Şəhər İcra Hakimiyyəti başçısı, hüquq mühafizə orqanları, ağsaqqallar şurası fəalları və ictimaiyyət fəalları şəhidlərin məzarını ziyarət edərək, şəhidlərin ruhuna dualar edib, gül dəstələri qoyurlar.

Şəhidlərin xatirəsi şəhərin bütün küçə və prospektlərində bir dəqiqəlik sükutla yad edilib.