MİNGƏÇEVİR, 12 avqust. TELEQRAF

Mingəçevirdə 1.5 hektarlıq yaşıllıq zolağının suvarma xəttinin bağlaması ilə bağlı Teleqraf-da qaldırılan məsələ öz həllini tapıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi əməkdaşları Heydər Əliyev Meydanına bitişik yaşıllıq əraziyə gələrək su xəttini yenidən bərpa edib və yaşıllıqların davamlı suvarılmasını təmin edilib.

Qeyd edək ki, həmin ərazidə yerləşən İstirahət və Əyləncə Mərkəzinin təmsilçisi Namiq Nəbiyev Teleqraf-a müraciət edərək gözlənilmədən ərazinin suvarılmasında istifadə edilən xətlərin aidiyyati qurumlar tərəfindən qapadıldığını bildirmişdi.

Sahibkarın müraciəti araşdırıldıqdan və audiyyati qurumların diqqətinə çatdırıldıqdan sonra bu gün ağaclar və kollar yenidən suvarılıb.