MİNGƏÇEVİR, 7 aprel. TELEQRAF

Mingəçevir su anbarında suyun səviyyəsi ötən ilin eyni dönəmi ilə müqayisədə 43 santimetr yüksəlib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hazırda anbarın su ehtiyatları yetərincədir və 78 metr 89 santimetr təşkil edir.

Ötən ilin eyni ayı və günündə bu rəqəm 78 metr 46 santimetr olub.

Qeyd edək ki, su anbarının maksimal su tutumu həddi 83 metrdir. Mövcud durum anbardan mənbəyini götürən su kanallarına arzuolunan səviyyədə su ötürməyə imkan verir. Yuxarı Qarabağ kanalına saniyədə 85 kubmetr, Şirvan kanalına isə saniyədə 44,1 kubmetr su ötürülür.