ANKARA, 2 dekabr. TELEQRAF

"Media sahəsində Azərbaycanla birgə dezinformasiyalarla mübarizə platformamız var. Digər sahələrdə də bu cür platformaları davam etdirəcəyik”.

Bu sözləri Teleqraf-a açıqlamasında Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran deyib.

"Müasir informasiya mühitində dezinformasiya ilə mübarizə aparmaq Kommunikasiya İdarəsinin əsas prioritetlərindən biridir", -deyə B. Duran əlavə edib.